Bir müddət əvvəl çap olunmuş gənclərin hekayəsindən ibarət "13" adlı kitabın naşiri Pərviz Əzimov bildirir ki, kitaba maliyyə dəstəyi verən Prezident Yanında Gənclər Fondu kitabdakı hekayələrin birində işlədilmiş "məmə" sözünə görə onu yayımdan yığışdırmağı tələb edib. Fond isə bu iddiaları rədd edir. Dünən Azadlıq Radiosunun Pen Klub verilişinin mövzusu ölkədəki senzura halları ilə bağlı olub. Verilişin iştirakçıları "13" kitabının ideya rəhbəri Pərviz Əzimov, daha əvvəl kitabı senzuraya məruz qalmış şair Bəxtiyar Hidayət və Yayım Assosasiyasının rəhbəri Yaşar Zeynalov olub.
Verilişin video yazısını təqdim edirik.
Qaynar.info