Xəbər lenti

Azərbaycanda siqaret yenə bahalaşdı
Ölkə12:23 03.06.2014

Azərbaycanda siqaret yenə bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünəndən Azərbaycanda siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətləri qalxıb.

Virtualaz.org bildirir ki, siqaret və tütün məmulatları markasından asılı olaraq 10-30 qəpik bahalaşıb.

Bundan başqa, xaricdə istehsal olunan saqqızların da qiyməti qalxıb. 

Belə ki, Orbit, Dirol və başqa markalı saqqızlar dünəndən 20 qəpik artığına satılır.

Ticarət obyektlərinin satıcıları bildiriblər ki, onlar bütün digər məhsulların qiymətinin artacağını da istisna etmirlər.

Qaynar.info