Xəbər lenti

Azərbaycanda studiyaya tülkü girdi - FOTO-VİDEO
Ölkə16:12 03.06.2016

Azərbaycanda studiyaya tülkü girdi - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zərdabda tülkü rayon sakini Vüsal Rəhimova məxsus video studiyaya daxil olub.
Qaynarinfo.az "EL TV"yə (Region TV) istinadən xəbər verir ki, Vüsal Rəhimov şəhərin Nizami küçəsindəki videostudiyada olarkən oradan naməlum səsin gəldiyini hiss edib. Ətrafa fikir verdikdə onun tülkü olduğunu görüb. O, kamera ilə tülkünün otaqdakı hərəkətlərini çəkməyə imkan tapıb. Əvvəlcə  tək olduğundan qorxan Vüsal sonradan özünü itirmədən tülkünü otaqdan çıxarmağa nail olub.
"Studiyada oturub iş görürdüm. Toy montaj eləyirdim. Bir də gördüm ki, stolun altından səs gəldi. Əyilib, baxdım gördüm ki, tülkü var orada. Durdum, bir az kənara çəkildim. Tülkü başladı orda o yana, bu yana getməyə. Yer axtarırdı çıxmağa", - deyə videostudiyanın sahibi Vüsal Rəhimov bildirib.
Vüsal Rəhimov bu cür hala birinci dəfədir rast gəldiyini bildirir. O deyir ki, tülkülərə şəhər mərkəzində tez-tez təsadüf olunur. Amma bunun həm də sakinlər üçün təhlükə olduğunu bildirir. Deyir ki, tədbirlər görülməzsə, bu heyvanlar insanlara, xüsusilə də azyaşlılara hücum edə bilərlər. Bildirək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər 50-dən artıq toyuq-cücəni tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni məhv etdiyini bildirib.
Qaynarinfo.az