Xəbər lenti

Azərbaycanda sürücü piyada qadını döydü
Ölkə13:10 01.10.2013

Azərbaycanda sürücü piyada qadını döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 11 radələrdində Zaqatala rayonunda 62 BG 681 dövlət nömrə nişanlı ağ hundai markalı avtomobilin sürücüsü piyada xəttində yolu keçmək istəyən piyadaya yol verməyib və maşını saxlayaraq onu döyüb.

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə piyada Poladova Nuriyyə sürücüyə əl hərəkəti ilə niyə yol vermirsən işarəsi edib və bundan qəzəblənən sürücü Yetimova Cimbaz maşını saxlayıb və piyadanı yolda döyüb. 

Hadisədən sonra 102 xidmətinə zəng edən piyadanın köməyinə polis gəlib, hazırda faktla bağlı araşdırma aparılır.

Qaynar.info