Xəbər lenti

Azərbaycanda tanınmış musiqiçi vəfat etdi
Ölkə16:22 09.07.2014

Azərbaycanda tanınmış musiqiçi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış nağara ifaçısı Şahin dünyasını dəyişib. 
Qaynar.info xəbər verir ki, bu barədə aznews.az-a əməkdar artist, nağara ifaçısı Natiq Şirinov məlumat verib:
“Şahin bu gün səhər saatlarında dünyasını dəyişib. Mən də bir az əvvəl eşitdim. Heyf Şahindən. Çox yaxşı musiqiçi və gözəl insan idi”.
N. Şirinov bildirib ki, həmkarı ürək tutmasından vəfat edib. 
Qeyd edək ki, 1973-cü il təvəllüdlü musiqiçi əslən Masallı rayonundandır . O, həmçinin Azərbaycanda bir sıra teleşouların da musiqi heyətinin üzvü olub. Mərhum musiqiçi Masallıda dəfn ediləcək. 
Allah rəhmət eləsin!
Qaynar.info