
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Jam.az saytı xəbər verir ki, rayonun Minabad kəndi yaxınlığında hərbi hissəyə məxsus tank dayanacağı uçuraraq, onun yaxınlığındakı iki avtomobilin üstündən keçib.
Məlumatda deyilir ki, tank bunun ardından yaxınlıqdakı kanala düşüb. Hadisə yerinə gələn hərbçilər və polis əməkdaşları çəkiliş aparmağa imkan verməyiblər. Hətta çəkiliş aparan bir neçə nəfər polis tərəfindən saxlanılıb.
Qaynar.info


