Xəbər lenti

Azərbaycanda tarixi məscid yandı
Ölkə07:00 01.11.2013

Azərbaycanda tarixi məscid yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə saat 01:30 radələrində İsmayıllı rayonundakı Sulub kəndində tarixi məscid yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik-leytnant İlkin Cəfərovun ans press-ə verdiyi məlumata görə, hazırda istifadəsiz olan məscidin yanması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb.

Qeyd edək ki, Azərbaycan Cumhuriyyəti dövründə, 1918-ci ildə tikilən və tarixi abidə kimi qorunmalı olan məscidin hansı səbəbdən yandığı naməlum olaraq qalır.

“Məscidin ərazisi boş olub. Ot-alaf basmışdı. Məscidin yanma səbəbi bilinmir. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə İlkin Cəfərov bildirib.

Qaynar.info