Xəbər lenti

Azərbaycanda telekanalın çəkiliş qrupu qəzaya düşdü
Ölkə08:47 11.01.2018

Azərbaycanda telekanalın çəkiliş qrupu qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində, "Nəvahi” postu yaxınlığında baş verib.
"Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu "Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Verilişin aparıcısı Aqşin Kazımoğlu APA-ya faktı təsdiqləyib: "Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.