Xəbər lenti

Azərbaycanda vətəndaşlardan şit zarafat
Ölkə11:47 27.06.2014

Azərbaycanda vətəndaşlardan şit zarafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bir müddət əvvəl metronun "Qara Qarayev" stansiyasının çıxışında böyrək satılmasına dair vurulan elanla bağlı məlumat yayıb. 

Qaynar.info xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yerləşdirmiş Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü M.İ və 1995-ci il təvəllüdlü E.E saxlanılıblar. Araşdırma zamanı onlar böyrəklərini satmaq fikrində olmadıqlarını, guya vətəndaşlarla zarafat etdiklərini və cəmiyyətin buna reaksiyasını öyrənmək niyyətində olduqlarını bildiriblər. 

Həmin şəxslər əməllərindən səmimi peşimançılıq keçirib, etdikləri hərəkətlərə görə üzr istəyiblər.

Qaynar.info