Xəbər lenti

Azərbaycanda Xameneyi meyxanası etiraza səbəb oldu - VİDEO
Ölkə07:09 13.12.2013

Azərbaycanda Xameneyi meyxanası etiraza səbəb oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda İranın ali ldieri Ayətullah Xameneyiyə meyxana həsr olunub.

Qaynar.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, meyxananın nə zaman yazılması haqda dəqiq məlumat olmasa, Surxay Qedirxum və Sadiq Ceferinin dediyi "Ağam Xameneyi" adlı meyxana sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər daha çox meyxanaçıları bu hərəkətlərinə görə tənqid ediblər.

Hətta millət vəkili Fazil Mustafa da meyxanaçılara etirazını bildirib. O, azadlıq radiosuna açıqlamasında belə deyib:

"Televiziyada çıxış edən bir qrup meyxanaçı «Ağam Xameneyi» meyxanasını söyləyir, bunu böyük bir auditoriyaya təbliğ edirdilər. Bu adamlar Xamneyiyə ağam deyir, onun qulluğunda hazır olduğunu söyləyir. Bu təbəqəyə etinasız yanaşmaq olmaz. İran Ermənistana dəstək verir. Sabah bunlar Azərbaycanın, yoxsa İranın marağına işləyəcəklər?".

Qaynar.info