Xəbər lenti

Azərbaycanda yeni «iPhone»lar satışa çıxarıldı: 2600 AZN (FOTO)
Ölkə12:51 14.09.2017

Azərbaycanda yeni «iPhone»lar satışa çıxarıldı: 2600 AZN (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 12-də təqdim edilən yeni "iPhone" telefonları artıq Azərbaycanda satışa çıxarılıb.

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, elan saytlarında yeni "iPhone"ların sifarişi ilə bağlı məlumatlara rast gəlmək mümkündür. Elanlarda qeyd edilir ki, Amerikadan gətirilən 1 illik rəsmi "Apple" zəmanətli "iPhone 8 Plus" 64GB yaddaşlı telefon 1935 AZN qiymətinədir. 

"iPhone X" telefonu isə elan saytlarında 2600 AZN-ə təklif olunur. 

"Alma Store" mağazalarından isə bildirilir ki, hələlik rəsmi olaraq telefonların satışına başlanılmayıb. Yeni "iPhone" modellərinin qiyməti sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə kimi məlum olacaq. 

Qaynarinfo.Az