Elektron Ticarətin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycanda yeni qlobal alış veriş platforması fəaliyyətə başlayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə,
Brendfoni.com adlanan platforma qlobal satıcıların məhsullarının satışını həyata keçirdir.
Sayt hazırda Azərbaycan alıcılarına Çinin 10 000-dən çox istehsalçısının 1 milyondan çox məhsulunu təklif edir.
Brendfoni.com vasitəsi ilə satılan məhsulların Azərbaycana çatdırılması tamamilə pulsuz həyata keçirilir.
Brendfoni-dən verilən məlumata görə sayt bu yaxınlarda dünyanın bir çox ölkəsində müştərilərə də satış etməyi hədəfləyir.
Şərhlər