Xəbər lenti

Azərbaycanda yeni teatr yaradıldı
Sənət09:12 17.03.2016

Azərbaycanda yeni teatr yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində "Bakı Estrada Teatrı" yaradılıb.
Qaynar.info oxu.az-a istinadən bildirir ki, idarənin müvafiq əmrinə əsasən, Fariz Qəribxan oğlu Əliyev Bakı Estrada Teatrının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O,  "SOY" prodakşnın hazırladığı "Səs verməyin" şousunun, ATV kanalında yayımlanan "Belə yaxşıdır" və "Tamamla" verilişlərinin ssenaristi,  "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışlarının təşkilatçısı və baş redaktoru olub.
"My name is İntiqam-1", "My name is İntiqam-2" , "Şər qarışanda" filmlərinin ideya və ssenari muəllifidir.
Qaynar.info