
“Azərbaycanda son 5 ayda 1148 yol qəzası baş verib. Bu qəzalarda 443 nəfər ölüb, 1247 nəfər yaralanıb. Ötən illərlə nisbətdə qəzaların sayı 10, ölənlərin sayı 41, yaralıların sayı isə 9 faiz artıb”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ANS PRESS-ə məlumat verib.
Onun sözlərinə görə, qəzaların artmasının əsas səbəblərindən biri ölkəyə gətirilən avtomobillərin sayının 10 faiz artmasıdır: “Əgər ölkədə maşınların sayı artırsa, o zaman qəzaların da sayı artır. Qəzaların çoxu, daha dəqiq desək 40 faizi piyadaların vurulması ilə bağlıdır. Başqa səbəblərdən biri də, sürücülərin sürət həddini aşmasıdır. O cümlədən, yol ayrıclarını keçən, ötmə qaydalarını pozan sürücülər tərəfindən də yol qəzaları törədilir”.