Xəbər lenti

Azərbaycanda YPX avtomobili qəzaya düşdü: Polis xəsarət aldı (FOTO)
Ölkə10:54 26.12.2022

Azərbaycanda YPX avtomobili qəzaya düşdü: Polis xəsarət aldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdədə avtomobil qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.