Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Balakən rayonun Qabaqçöl qəsəbəsində, saat 21:10 radələrində iki dəfə qeydə alınıb.
Yerli mütəxəssislərin fikrincə, zəlzələ 4 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.(report)
Qaynarinfo.Az