Xəbər lenti

Azərbaycandakı talassemiya daşıyıcılarının sayı AÇIQLANDI
Ölkə06:50 01.08.2016

Azərbaycandakı talassemiya daşıyıcılarının sayı AÇIQLANDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublika Talassemiya Mərkəzində 2016-cı ilin 1 yarımilliyinə dair hesabatı açıblanıb. 
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində Respublika Talassemiya Mərkəzinə 11802 müraciət daxil olub. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. 
Eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 
2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. mışdır. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınmışdır ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib.
Qaynarinfo.Az