Xəbər lenti

“Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım” - VİDEO
Ölkə11:03 11.09.2014

“Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım” - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollivud aktyoru Pirs Brosnan "Noyabr adamı" filminin təqdimat mərasimi üçün Moskvaya gəlib. 
Qaynar.info Anspress-ə istinadən xəbər verir ki, aktyor Bakıda "Bir dünya da azdır" filmindəki agent Ceyms Bond obrazına çəkilişlərdən danışıb. "Xatırlayıram ki, bazar ertəsi günü yuxudan oyandım, həyat yoldaşım ilə sağollaşaraq Azərbaycana getdim. Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox isti qarşıladılar. 
Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram", - deyə məşhur aktyor Azərbaycana səfərinin təəssüratlarından danışıb.
Qaynar.info