Xəbər lenti

Azərbaycandan “həkim köçü” davam edir: Prosesi necə dayandırmaq olar?
Ölkə 16:07 14.07.2023

Azərbaycandan “həkim köçü” davam edir: Prosesi necə dayandırmaq olar?

"Azərbaycan həkimləri ölkəni yüksək maaş üçün tərk edir. Gedənlərin kiçik qismi təhsilini təkmilləşdirmək, elmi işlə məşğul olmaq üçün gedir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında həkim Səxavət Əlisoy Avropaya üz tutan həkimlərin Azərbaycanı nə üçün tərk etməsindən danışarkən deyib.

O bildirib ki, təkcə Azərbaycanlı həkimlər deyil, postsovet, Yaxın Şərq, Türkiyədən və Avropa ölkələrinə güclü həkim axını var. Ekspertin sözlərinə görə, "Türk Təbiblər Birliyi”nin açıqlamasına görə, bu ilin 3 ayı ərzində 700 həkim Avropaya işləməyə gedib. Türkiyədə 2022-ci ildə 1400 həkimin Avropaya köç etdiyini düşünəndə ciddi bir beyin axının təzahür etdiyini görmək mümkündür. 

"Həkim köçü" məsələsində qeyri-adi bir şey yoxdur.Əsas  səbəb Avropada həkimə yüksək maaş verilməsidir. Bu da gəncləri özünə cəlb edir. Şəxsən tanıdığım həkimlər var, uzun illərdir Avropada çalışır, çox yüksək maaş alırlar. İllik maaşı 60-70 min avro, daha çox olanlar da var. Burada o maaşı necə ala bilərlər? Bakıda maksimum 10 min avro almaq mümkündür. Fərqi özünüz müqayisə edin”,- deyə Səxavət Əlisoy vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycanı tərk edən həkim köçünə siyasi rəng qatmağa gərək yoxdur: 

"Adları çəkilən dövlətlərin hamısında ekonomik durum Azərbaycandakı kimidir. Vaxt gələcək  Azərbaycanda da həkimlər daha yüksək maaş  alacaq. 20 milyard dollarlıq büdcə ilə həkimə yüksək  maaş vermək olmaz. Odur ki, gedənlər gedəcək,  qalanlar da maaşları ildə 5-10 faiz qalxacağı ümidilə yaşamaqda davam edəcək”. 

Qeyd edək ki, Alman Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan statistikasına görə, Almaniyada 421.000 həkim çalışır. Onlardan 60 minə yaxını (14  faizdən çoxu) xarici ölkələrdən gələn həkimlərdir.  Almaniyaya gedən azərbaycanlı həkimlərin sayı isə  1359 nəfərə çatıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->