Xəbər lenti

Azərbaycandan sığnacaq istəyən erməni məmurdan təhdid gəldi
Dünya07:02 11.06.2014

Azərbaycandan sığnacaq istəyən erməni məmurdan təhdid gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Tavuş vilayətinin qubernatorunun eks-müşaviri Lyubik Çubuxçyan bu dəfə Azərbaycan hakimiyyətini şantaj edib. 

Çubuxçyan Azərbaycanın ona sığınacaq verməyəcəyi təqdirdə onu da biabır edəcəyini deyib. 

Xəbər verildiyi kimi, keçmiş erməni məmur Ermənistan hakimiyyətindən narazı olduğu üçün Azərbaycandan sığınacaq istəyib. O, müraciətini BBC-nin Ermənistan müxbiri, keçmiş Azərbaycan vətəndaşı Aleksey Manvelyana çatdıırb. 

Narazı erməninin Azərbaycandan sığınacaq almaqla bağlı müraciətinin qeydə alındığı bildirilir. 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə deyib ki, Çubuxçyanın hərəkəti “vətənsiz adamın alçaq hərəkəti”dir. Onun sözlərinə görə, Çubuxçyanın hərəkətinə alçaqlıqdan başqa ad vermək mümkün deyil. 

“Onun hərəkəti vətən xainliyidir, vətəni olan adam heç belə də etməzdi. Çubuxçyanın etdikləri vətənsiz adamın alçaq hərəkətidir” - deyə Şarmazanov bildirib. 

Virtualaz.org