Xəbər lenti

Azərbaycandan tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv edildi
Ölkə10:57 01.09.2020

Azərbaycandan tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
Dəyişikliyə əsasən, tibbi maskaların hazırlanması üçün istifadə edilən xammal 2022-ci il dekabrın 31-dək gömrük rüsumdan azad edilib.