Xəbər lenti

Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar müəyyənləşdi
İdman07:55 18.03.2022

Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə çempionatda Azərbaycanı 15 şahmatçı təmsil edəcək. 
Avropa çempionatında Azərbaycan şahmatçılarından Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə, Şahin Vəliyevin mübarizə aparacaqlar.
İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək.
Səbuhi Həsənov