
"Azərbaycanlılara qarşı münasibətim yaxşıdır". "Qaynarinfo" xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna müsahibəsində Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin deyib.
Qarabağ haqqında qalmaqala səbəb olan "Twitter" paylaşımı ilə bağlı vəziyyəti şərh edən şərhçi təcrübəsinə əsaslanaraq bəzi Azərbaycan KİV-lərinin fikirləri təhrif etməyə alışdığını deyib: "Mən heç bir ərazi, ölkə, şəhərlə işim yoxdur. İnsanlarla münasibətim var və bu mənada azərbaycanlılara qarşı münasibətim yaxşıdır".
Onun sözlərinə görə, sosial şəbəkələrdə abunəçilərinin sayı çoxdur və buna görə də hər yazılana cavablandıra bilmir: "Kiminsə nəyəsə qəzəblənməsi və ya nədənsə inciməsi vecimə deyil. Kiminsə qəlbinə dəymək, kimisə təhqir etmək niyyətim olmayıb. Kimsə təhqir etdiyimi düşünürsə, qoy məhkəməyə baş vursun. Çünki təhqir hüququ anlayışdır. Belə də ki internet azad məkandır və hər kəsin fikrini bildirmək hüququ var".
Qeyd edək ki, Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib. O, "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra "Twitter"dəki profilində yazıb: "Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat..."
"Qonşu" ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni Utkinin xəstə məntiqinə görə, Azərbaycan "Qarabağ", Türkiyə də "Ağrıdağ"ı "mənimsəyib".

Qaynarinfo.Az