Xəbər lenti

Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəldi
İdman17:41 11.02.2022

Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın güləş üzrə daha 2 hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.
UWW ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib Azərbaycan referilərinin sayı 3-ə çatıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.
Qeyd edək ki, olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə malik olan hakimlər idarə edir.