Xəbər lenti

Azərbaycanın baş ginekoloqu işdən çıxarıldı
Ölkə09:48 15.10.2014

Azərbaycanın baş ginekoloqu işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib.

Nazirlikdən "Trend"-ə verilən məlumata görə, institutun direktoru, respublikanın baş ginekoloqu Faizə Əliyeva pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Hazırda bu vəzifəni Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini professor Cəmilə Qurbanova əvəz edir.

Qeyd edək ki, institutun binası hazırda təmir edilir. Binanın bu ilin sonu, gələn ilin əvvəlində istifadəyə veriləcəyi nəzərdə tutulur.

Qaynar.info