Xəbər lenti

Azərbaycanın bu kəndində heç vaxt işıq olmayıb...
Ölkə14:05 14.05.2018

Azərbaycanın bu kəndində heç vaxt işıq olmayıb...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu kəndin heç vaxt elektriklə bağlı problemi olmayıb, çünki indiyə kimi kəndə elektrik xətti çəkilməyib”. 
"Qafqazinfo” xəbər verir ki, bu sözləri "Camping Azerbaijan” turizim şirkətinin fotoqrafı Elşən Baba Astaranın Siyov kəndindən bəhs edərkən yazıb. Fotoqrafın sözlərinə görə, kənd Hirkan Milli Parkının dərinliklərində yerləşir:
"Kənddə təxmini 10 ev var. Sakinlər əsasən arıçılıqla məşğul olurlar. Tək-tük mal-qarası olanlar da var. Nə rayon mərkəzi, nə də ki ətraf kəndlərlə onları birləşdirən yolları var. Aldıqları ərzaqları, yüklərini atla daşıyırlar. Qış yaxınlaşanda artıq hər şeyi alıb hazır qoyurlar. Çünki orada qış çox sərt keçir, qar da çox yağır”.