Xəbər lenti

Azərbaycanın böyük qaz kəmərində güclü partlayış
Ekonomiks05:16 04.08.2015

Azərbaycanın böyük qaz kəmərində güclü partlayış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayış olub. Anspress-in məlumatına görə, partlayışla əlaqədar boru xəttində qaz nəqli dayandırılıb.
Qars valisi Günay Özdemirin verdiyi məlumata görə, Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.
Onun sözlərinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Özdemir bildirib ki, mütəxəssislər əraziyə göndərilib. Partlayışın səsi 20 kilmometr aralıdan eşidilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, dünən Ağrı əyalətində Türkiyə-İran qaz kəmərində partlayıcı qurğu zərərsizləşdirilmişdi. Boru xəttinə partlayıcı qurğunu PKK silahlıları tərəfindən yerləşdirildiyi ehtimal edilir. İyulun sonunda Ağrı əyalətində İran-Türkiyə magistral qaz xəttinin 15 km-də partlayış baş vermişdi. Partlayışdan sonra yaranan yanğını qısa müddət ərzində söndürmək mümkün olmuşdu. 
Qaynar.info