Xəbər lenti

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb
Ölkə16:42 21.05.2019

Azərbaycanın daxili dövlət borcunun məbləği artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.
2019-cu il il yanvarın 1-i tarixinə daxili dövlət borcu 1320,2 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 28,3 faiz çoxdur. 2018-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 781,4 milyon manat təşkil edib, yerləşdirilmiş istiqrazlar üzrə 753,6 milyon manat daxil olub. 2019-ci il yanvarın 1-i tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləği 1045,3 milyon manat ( o cümlədən 101,4 milyon manat faiz borcu) təşkil edib.
 ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.