Avqustun 17-də Moskva şəhərində 66 yaşında Azərbaycanın əməkdar artisti Yuri Mitrofanov vəfat edib. Bu barədə Trend-ə Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov deyib.
Yuri Mitrofanov 1949-cu il avqustun 30-da Çelyabinskdə (Rusiya) dünyaya gəlib. 1971-ci ildə o, Sverdlovsk teatr məktəbini bitirib.
Yuri Mitrofanov 1973-1989-cu illərdə Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
Qaynar.info