Xəbər lenti

Azərbaycanın ən böyük bankında sistem çökdü
Ölkə06:33 02.07.2014

Azərbaycanın ən böyük bankında sistem çökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. 

Bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumatlar verilir. 

Məlumata görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq",- deyə bürodan bildirilib.

ANS PRESS-in qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.

Qaynar.info