Xəbər lenti

Azərbaycanın “İmperator”u Dərbənd teatrında
Sənət08:50 07.04.2022

Azərbaycanın “İmperator”u Dərbənd teatrında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dərbənd Azərbaycan Dövlət Dram Teatrında E.Hüseynbəylinin "İmperator” pyesi əsasında hazırlanan tamaşanın təqdimatı olacaq.
Bu barədə Qaynarinfo-ya İrəvan Dövlət Dram Teatrının Baş rejissoru, Əməkdar artist Sərvər Əliyev məlumat verib. Sözü gedən tamaşanın quruluşçu rejissoru Hörmət Aslanovdur:
"Bu onun ilk rejissor işidir. Guvənib verdim ki, hazırlasın. Pis alınmayıb. Bu pyesi Bakıda qoyublar tamaşaya. Amma orda daha maraqlı üslubda hazırlanıb. Keçən il hazırlayacaqdıq, Elçin bəyin 60 illiyinə hədiyyəmiz olacaqdı, alınmadı”.
Qeyd edəkmki, tamaşada əsas rollarda Mirzə Cum Cum və Sərxan Səmədov rol alıb. 
Bahar Rüstəmli