Xəbər lenti

Azərbaycanın məhşurları nədən qorxur? - SORĞU
Maqazin09:47 06.09.2016

Azərbaycanın məhşurları nədən qorxur? - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qorxu sevgi kimi güclü bir duyğudur və həyatımızın demək olar ki, hər bir saniyəsində bizə özünü hiss etdirir. Bəziləri iflas etmə qorxusu ilə yaşayır, bəziləri hündürlükdən, bəziləri ölümdən, bəziləri isə çox adi bir şeydən qorxur. Maraqlıdır, görəsən Azərbaycanın məhşurları nədən qorxur? 

Öz fobyalarını Qaynarinfo.Az-a danışan məhşurların cavabı olduqca maraqlı olub:

Aysel Əlizadə: "Juk"dan (böcək) qorxuram".

Elgiz Əkbər: "Şər xətadan və hündürlükdən qorxuram. Buna görə də, hündür binada yaşayan qohumlarımın, tanışlarımın evinə gedə bilmirəm".

Murad Arif: "Tək qorxum doğmalarıma görədir".

Namiq Qaraçuxurlu: "Bir neçə il bundan əvvəl çəklişlərin birində Kür çayında boğulmaq təhlükəsi yaşadım. Nə qədər mübarizə apardımsa, sudan çıxa bilmirdim. Hətta sonda boğulmağımla razılaşıb, əllərimi boşaltdım. Son anda xilasedicilər xilas etdi. O gündən sonra suya qarşı fobyam yarandı. Amma son illər bu qorxum azalmaqdadır. Artıq bir neçə ildir ki, dənizə rahat girib çıxa bilirəm".

Elza Seyidcahan: "Ən böyük qorxum sağlam rəqabətlə vuruşmaq əvəzinə, arxamdan vurmaq istəyən namərdlərdəndir".

Natavan Həbibi: "Ən böyük qorxum ilandır".

Rəqqasə Fatimə: "Ən qorxduğum şey təklik, qaranlıq və bağlı yerdə qalmaqdır. Tək maşın sürməkdən də qorxuram".

Kamaran Həsənli: "Əzgil yeyib boğulmaqdan qorxuram".

Zümrüd

Qaynarinfo.Az