Xəbər lenti

Azərbaycanın məşhur komandiri dünyasını dəyişdi
Ölkə06:41 29.02.2016

Azərbaycanın məşhur komandiri dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun eks icra başçısı Sərdar Həmidov dünyasını dəyişib. 
Bu haqda məlumatı Sərdar Həmidovun dostları sosial şəbəkədə yayıb. Ötən gün səhər saatlarında qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov axşam saatlarında dünyasını dəyişib. 
Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.(baku.ws)
Qaynar.info