Xəbər lenti

Azərbaycanın məşhur rəssamı ABŞ-da əməliyyat olundu - FOTOLAR
Sənət16:00 27.07.2015

Azərbaycanın məşhur rəssamı ABŞ-da əməliyyat olundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov əməliyyat olunub. "Report" xəbər verir ki, əməkdar rəssam ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində əməliyyat edilib.
İ.Məmmədovun əməliyyatdan sonrakı durumu yaxşıdır. Hazırda rəssamın ailə üzvləri ABŞ-dadır.
Qeyd edək ki, İsmayıl Məmmədovun oğlu ABŞ-da yaşayır.
Əməkdar rəssam İsmayıl Məmmədov 1948-ci ildə Bakıda doğulub. 1963-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 1968-ci ildə İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub.
Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.
İsmayıl Məmmədov Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib. 
Qaynar.info