Xəbər lenti

Azərbaycanın məşhur şirkəti adını və rəhbərini dəyişdi
Ölkə16:38 05.04.2023

Azərbaycanın məşhur şirkəti adını və rəhbərini dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iri qida şirkətlərindən biri "AZ FP CO LTD” MMC (Azerbaijan Food&Packaging Company) rebrendinq edərək bazarda yeni adla çıxış edəcək.
Qaynarinfo Banker.az-a istinadən xəbər verir ki, şirkət adını dəyişdirərək "Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti olacaq.
Digər bir dəyişikliklə Azər Vahab Zadə Adil oğlu yenidən şirkətin baş icraçı direktoru təyin edilib. O 2022-ci iyuluna qədər şirkətin rəhbəri idi. Həmin tarixdən sonra Qabil Əhmədov Müzəffər oğlu bu vəzifəyə təyin edilmişdi.
"Milla” süd məhsullarının istehsalı ilə məşğul olan "AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb.
Digər dəyişikliklə, "Milla Dairy” MMC-nin nizamnamə kapitalı 137 078 966 manat, 4.33 yaxud dəfə artırılmaqla 178 210 004 manata çatdırılıb