Xəbər lenti

Azərbaycanın müasir təhsil sistemi: başlıca problem nədir? - Ekspert
Ölkə10:55 10.06.2022

Azərbaycanın müasir təhsil sistemi: başlıca problem nədir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikasiyası ilə bağlı  keçirilən görüşdə bildirib ki, gələcəkdə VI, VII və VIII siniflərdə də indi IX-cu sinifdə olduğu kimi qiymətləndirilmə imtahanları keçiriləcək. R. Əzizovun fikrincə, bu imtahanları keçirməkdə məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Ramal Şəmşədli VI-VIII siniflərdə qiymətləndirmə imtahanının keçirilməsi təşəbbüsünü yanlış addım kimi dəyərləndirib:
"Ölkə təhsil sistemində yaşanan biabırçı durum uşaqların düzgün qrup və düzgün ixtisas seçməməsindən qaynaqlanır. Təhsil İnstitutu gənclərin inkişafında maraqlıdırsa, IX və yaxud VI-VII siniflərdə uşaqların ixtisas seçiminə uyğun testlər keçirtməlidir. Uşaq imtahan verərək VII sinifdən VIII sinifə keçə bilmirsə, burada günahkar təhsil sistemidir. Bu zaman cəza kimə kəsilməlidir? Niyə hər dəfə cəzanı şagirdlərə kəsməli, onların irəli getməsinin qarşısını almalıyıq? Ona görə də VI-VII siniflərdə də qiymətləndirmə imtahanının keçirilməsini doğru hesab etmirəm. Bu dövrdə şagirdi imtahandan keçirmək müəllimə güvənməmək deməkdir. Bununla onlar orta məktəblərdə dərs keçilmədiyini etiraf edirlər. IX sinifdə keçirilən qiymətləndirmə imtahanını başa düşmək olar. Bu zaman şagirdlər atestat alır. Onun da nəticəsində iş verə bilirlər. Onda sual yaranır ki, VI-VII sinifdə imtahandan keçən hansı şəhadətnaməni alacaq, hansı istiqamətə yönələcək? Yoxsa, bu sadəcə sinifdən sinifə keçmədir?”
Rüfət Sultan