
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İrana rəsmi səfərə dəvət edilib.
Qaynar.info Mehr agentliyinə istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Zakir Həsənova səfərlə bağlı dəvət göndərib.
Dəvət məktubu İranın müdafiə naziri Hüseyn Dehqan tərəfindən dekabrın 10-da göndərilib.
İranlı nazir Zakir Həsənova müdafiə sektorunda münasibətləri möhkəmlətmək təklifi edib.
Qaynar.info