Xəbər lenti

Azərbaycanın səfiri Pakistanda ölümdən döndü
Ölkə09:55 08.05.2015

Azərbaycanın səfiri Pakistanda ölümdən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. 
APA-nın “Bangkok Post” nəşrinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.
“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə, iki pilot daxil olmaqla 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.
Azərbaycanın Litvadakı səfiri özünün "Twitter" yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməli imiş.
"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib" - deyə H.Məmmədzadə qeyd edib.
Qaynar.info