Xəbər lenti

Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəldi
İdman17:41 09.10.2024

Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Qaynarinfo xəbər verir ki, 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesabı ilə qalib gəlib.

Yığmamızın yarımfinal görüşü sabah baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində əvvəlki keçirdiyi oyunlarda Serbiyaya 1:5, Çexiyaya 0:2 hesabı ilə uduzub. Hindistan yığmasından isə üstün olub - 16:0.