Xəbər lenti

“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan
Ölkə21:52 21.08.2025

“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin növbəti mərhələsindən bəhs edib.
"Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, əgər sülh müqaviləsi imzalanarsa, qısa zamanda Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zamanla inkişaf edəcək.  
Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində tərəflərin daxili nəqliyyat əlaqələri, yəni, iki ölkənin bir-birinin ərazisindən keçidinin əhəmiyyəti vurğulanıb:
"Ermənistan iki ölkə arasında gediş-gəlişi sadələşdirməyə hazırdır”.
Onun sözlərinə görə, biometrik pasportla xaricə səyahət forması necədirsə, gələcəkdə iki ölkə arasında da bu cür nümunənin tətbiq ediləcəyi nəzərdə tutulur.