Azərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin məşhur serialında baş rolda çəkilib.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, aktrisa "Yemin" serialında azərbaycanlı qadın rolunu canlandırır. Yağmur serialda Azərbaycan dilində danışacaq.
Gündəlik serial olan "Yemin" sentyabrdan "Kanal D"də yayımlanacaq.