Xəbər lenti

Azərbaycanlı aktrisa: “Namus dərsini öz evində keç” - FOTO
Maqazin18:57 20.10.2016

Azərbaycanlı aktrisa: “Namus dərsini öz evində keç” - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial mediada paylaşdığı fotolara görə tənqid edilən aktrisa Pərvin Abıyeva açıqlama yayıb.

Qaynarinfo.Az axşam.az-a istinadən xəbər verir ki, 26 yaşlı aktrisa onu tənqid edənlərin ağzına və əlinə sahib olmasını istəyib.

P.Abıyeva bildirib ki, son bir gün ərzində ən az 200 insanı blok edib:

"Mən necə geyinirəm, nə edirəm, heç kimə dəxli yoxdur. Hamı dindar, hamı namuslu çıxıb. Bəs onda bu dinsiz, imansız, namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın".

Aktrisa deyib ki, xoşu gəlməyən onun səhifəsinə girməyə məcbur deyil:

"Bu sözü birinci və axırıncı dəfə deyirəm, nə edirəmsə, yaxşı edirəm. Heç kim mənim başımın ağası deyil. Hər kəs namus dərsini öz evində, evindəkilərə keçsə, yaxşı olar. Mənim 26 yaşım var, 12 yox..."

Qaynarinfo.Az