Xəbər lenti

Azərbaycanlı aktrisa qəzaya düşdü - FOTO
Ölkə17:10 26.11.2014

Azərbaycanlı aktrisa qəzaya düşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Bələdiyyə Teatrının aktirsası, əməkdar artist Hüsniyyə Mürvətova qəzaya düşüb.

Qaynar.info publika.az-a istinadən xəbər verir ki, aktrisanın idarə etdiyi avtomobil bir neçə dəqiqə öncə Gənclik metrosundan Tibbi Universitetinə gedən istiqamətdə, Mirəli Qaşqay küçəsində vurulub. Əməkdaşımız H.Mürvətova ilə əlaqə saxlayıb. Mürvətova bildirib ki, “Nissan Tida” markalı avtomobil qəfil onun idarə etdiyi “Hyundai” markalı maşının qarşısına çıxıb:

“Qəfil qarşıma çıxdı. Yaxşı ki, maşını bir az kənara qaçırtdım, yoxsa daha pis nəticələnəcəkdi. Hazırda maşını evakuatorla servisə aparırıq, dəymiş ziyanı sığorta ödəyəcək”.

Qəzadan çəkilmiş fotonu təqdim edirik.

Qaynar.info