Xəbər lenti

Azərbaycanlı alimlər Avropada elmi tədqiqat apara biləcəklər?
Ölkə19:10 24.04.2018

Azərbaycanlı alimlər Avropada elmi tədqiqat apara biləcəklər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib.
AzNews.az AMEA-na istinadən xəbər verir ki, müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən alimlər namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubunu, AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarını (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubunu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surətini, tərcümeyi-halını (CV), elmi əsərlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidilər.
Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir. Müraciət üçün son tarix 27 apreldir.