Xəbər lenti

Azərbaycanlı avtoritetə qarşı əməliyyat - 11 adamı həbs olundu
Dünya10:55 12.03.2015

Azərbaycanlı avtoritetə qarşı əməliyyat - 11 adamı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Çelyabinsk vilayətinin güc strukturlarının keçirdiyi əməliyyat zamanı azərbaycanlı kriminal avtoritet İlham Osmanovun qruplaşmasına daxil olan 11 nəfər tutulub.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat martın 11-də keçirilib. Saxlanılanlar Osmanovun “sağ əli” hesab olunan 45 yaşlı Rəhman Abdullayev və qruplaşmanın daha 10 üzvüdür.
Xatırladaq ki, İlham Osmanov özü martın 3-də həbs olunub. Onu iş adamından reketlik yolu ilə 11 milyon rubl və “Volkswagen Passat” avtomobilini almaqda ittiham edərək həbs ediblər. İlham Osmanov Çelyabinsk vilayəti üzrə “smotryaşiy”dir.
Qaynar.info