Xəbər lenti

Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşdü
Ölkə10:52 10.03.2022

Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.
"Report"un Şərqi Avropa bürosu Afaq Həmidova ilə bu gün əlaqə yaradıb. O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.
"Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - A.Həmidova bildirib.