Xəbər lenti

Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid bağlandı (FOTOLAR)
Ölkə10:26 11.01.2019

Azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscid bağlandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam” cümə məscid bağlanıb və cümə namazına heç kim buraxılmır.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki,  məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.
Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.
Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keçik çəkir.
Qeyd edək ki, "İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.