Xəbər lenti

Azərbaycanlı futbolçu "Spartak"dan imtina etdi
İdman12:52 03.01.2019

Azərbaycanlı futbolçu "Spartak"dan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı futbolçu Ayaz Quliyev qərarını dəyişib.
Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına keçməkdən imtina edib.
Halbuki tərəflər arasında hərtərəfli razılıq əldə olunmuş, "Spartak"ın 1 milyon avroluq təklifini "Rostov" qəbul etmişdi. Lakin 22 yaşlı Quliyev son anda baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, qalmağı üstün tutub.
Qeyd edək ki, Ayaz Quliyev "Rostov"a cari mövsümün əvvəlində məhz "Spartak"dan keçib.