Xəbər lenti

Azərbaycanlı gənc Ukraynada deputat seçildi
Ölkə18:10 06.11.2020

Azərbaycanlı gənc Ukraynada deputat seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada yaşayan gənc soydaşımız Kiyev Şəhər Şurasının deputatı seçilib.
Qaynarinfo AzərTAc-a istinadən xəbər verir ki, oktyabrın 25-də keçirilən seçkilərin nəticələrinə görə, gənc soydaşımız Dinara Həbibullayeva sabiq Prezident Petro Poroşenkonun sədri olduğu "Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının deputatı seçilib.
Qeyd edək ki, Kiyev Şəhər Şurasında ən çox 31 deputatla "Avropa həmrəyliyi” partiyasının üzvləri təmsil olunacaq. İkinci yerdə mer Vitali Kliçkonun rəhbəri olduğu "UDAR” partiyası qərarlaşıb. Onlar 30 nəfərlə Kiyev Şəhər Şurasında təmsil olunacaqlar.