Xəbər lenti

Azərbaycanlı girov: “Kəlbəcərə anamın məzarını ziyarət etmək üçün getmişəm”
Ölkə16:52 29.10.2014

Azərbaycanlı girov: “Kəlbəcərə anamın məzarını ziyarət etmək üçün getmişəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağlıq Qarabağdakı separatçı rejimin girov götürdüyü Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əhmədovun Xankəndidə keçirilən qondarma məhkəmə prosesi bu gün də davam edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, guya Dilqəm Əsgərov bildirib ki, "sərhədi qanunsuz keçdiyini bilmirdi, yalnız indi səhvini başa düşüb".

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinə gəlməkdə pis məqsədlər güdməyib, yalnız anasının məzarını ziyarət edib. Məlumatda qeyd edilir ki, Əsgərov “ yetkinlik yaşına çatmayan Smbat Tsakanyanı Kəlbəcərə gedərkən özləri ilə niyə götürdükləri” barədə cavabında yalnız meşə və dağlardan keçən yolu tanıdıqlarını bildirib. O, Smbatın öldürülməsində iştirakçı olmadığını da iddia edib.

Qaynar.info